İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarovadan SENSASİON İDDİA: Azərbaycanlılara qarşı təxribatlar hazırlanır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova azərbaycanlılara qarşı planlaşdırılan mümkün təxribatlarla bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, diplomat bildirib ki, Rusiya tərəfinin əldə etdiyi məlumata əsasən, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) hazırda Azərbaycanla Rusiya arasında yaranmış ziddiyyətlərdən istifadə edərək milli zəmində nifrət və düşmənçiliyi qızışdırmaq niyyətindədir.

Zaxarovanın sözlərinə görə, bu çərçivədə Rusiya bayrağı altında Azərbaycana qarşı təxribat törətməyə razı olan rusiyalı keçmiş vətəndaşların cəlb olunması planlaşdırılır. Məqsəd isə Azərbaycan vətəndaşlarına, diplomatik nümayəndəliklərinə və mədəniyyət obyektlərinə qarşı sabotajlar təşkil etməkdir.

"Bu təxribatların uğurla həyata keçirilməsi halında məqsəd – həmin hadisələri mediada 'Rusiya təcavüzü' kimi təqdim edərək, azərbaycanlı, türk və Avropa informasiya məkanında rezonans yaratmaqdır", – deyə Zaxarova bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR