İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: “Hər hansı formatda danışıqlara hazırıq”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi atəşkəsin əldə olunması və danışıqların aparılması üçün istənilən formatda söhbətlərə hazırdır.

Musavat.com xəbər verir ki, O, bu fikri Lüksemburqun xarici işlər və müdafiə nazirləri ilə keçirdiyi görüşdən sonra axşam müraciətində səsləndirib.

“İlk növbədə Avropadakı əməkdaşlığımızdan və Ukraynaya dəstəkdən danışdıq. Dəstəyə görə təşəkkür edirəm. Əlbəttə ki, diplomatiyadan, atəşkəsin zəruriliyindən söz açıldı. Atəşkəs mütləq və kifayət qədər uzun müddətli olmalıdır – azı 30 gün. Hücumlar və qətllər dayandırılmalı, bundan sonra masa arxasında həll yolları axtarılmalıdır. Biz istənilən formatda danışıqlara hazırıq. Rusiya hücumları və müharibəni dayandırmalıdır”, – deyə Zelenski bildirib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR