İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresi qanun layihəsinə düzəliş etdi – Sülhə yeni yanaşma

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədr müavini, konqresmen Qeyb Amo, dinləmələr zamanı H.R.3000 qanun layihəsinə düzəliş təklif edib.

Musavat.com xəbər verir ki, bu sənəd, Dövlət Departamentinin 2026-cı maliyyə ili üçün səlahiyyətlərinin uzadılmasına yönəlib və yekdilliklə qəbul olunub.

Yeni dəyişiklik layihəsinə əsasən, ABŞ Dövlət katibi Marko Rubio Ermənistan və Azərbaycan hökumətləri ilə əməkdaşlıq etməli, həmçinin erməni separatçıların azad olunmasına, erməni dini və tarixi abidələrinin qorunmasına, Qarabağdan qaçqınların təhlükəsiz şəkildə geri dönməsinə və hərbi münaqişənin sülh yolu ilə başa çatmasına dəstək verməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR