İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Suriyada hərbçilərinin çıxdığı bazaları bombaladı

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın təyyarələri Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində Əl Ömər neft yatağı ərazisindəki hərbi bazaya zərbələr endirib.

Musavat.com xəbər verir ki, məlumatı Suriya telekanalı yayıb.

Bildirilir ki, Hərbi Hava Qüvvələri "Amerika hərbçilərinin evakuasiya edilməzdən əvvəl istifadə etdiyi" infrastrukturu məhv edib.

Mayın 1-də Suriyanın "Əl Vətən" qəzeti xəbər verib ki, 200 hərbi maşından ibarət karvan ABŞ-ın Deyr əz-Zordakı iki hərbi bazasını tərk edərək Şimali İraqa istiqamət alıb. Onun məlumatına görə, ABŞ-ın böyük bir qrup hərbi qulluqçusu və hərbi texnikası Suriyanın şərqindəki Əl Ömər neft yatağı və Koniko qaz yatağı ərazisindəki Amerika obyektlərindən çıxarılıb. İraqdakı Amerika bazalarına köçürülən hərbçilərin sayı dəqiqləşdirilməyib.

Aprelin 23-də ABŞ-ın Suriyanın Həsəkə əyalətindəki Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşən Əş Şəddadi bazasından qoşunlarının və hərbi texnikanın çıxarılmasına başlanılıb. “The New York Times” qəzetinin yazdığına görə, Suriyanın şimal-şərqindəki səkkiz Amerika əməliyyat bazasından üçü tezliklə bağlanacaq və hərbi personal 2200-dən 1400-ə endiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR