Onlayn ictimai-siyasi qəzet
"Bayer 04" klubunun baş məşqçisi Xabi Alonsonun "Real Madrid"lə imzalayacağı müqavilənin tarixi bəlli olub.
Milli.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, Almaniya çempionu olan 43 yaşlı mütəxəssis iyunun 1-də imza atacaq rəsmi olaraq yeni klubunun baş məşqçisi olacaq.
Alonso iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək klublararası dünya çempionatında "Kral klubu"nun sükanı arxasında olacaq.
Xatırladaq ki, mayın 9-da "Bayer 04" rəsmiləri Xabinin mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ