İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp “Amerikanın Səsi”nin qərargahını SATIR

ABŞ prezidenti Donald Trampın administrasiyası “Amerikanın Səsi”nin Vaşinqtonda yerləşən qərargahını, tarixi Wilbur Cohen Federal Binasını satışa çıxarmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Kapitoli və Milli Alley yaxınlığında yerləşən bu bina, ABŞ-ın federal daşınmaz əmlak portfelini azaltmaq məqsədi ilə “sürətli satış” siyahısına daxil edilən son obyektlərdən biridir.

Bina təkcə “Amerikanın Səsi”nin deyil, həm də bu media qurumunun tabeliyində olduğu ABŞ Qlobal Media Agentliyinin (USAGM) və Səhiyyə və Sosial Xidmətlər Departamentinin yerləşdiyi məkandır.

Satış təşəbbüsü Trampın “Amerikanın Səsi”ni, onunla əlaqəli “Azadlıq Radiosu”, “Azad Asiya Radiosu”, Kuba üzrə Yayım Ofisi və Açıq Texnologiyalar Fondunu bağlamaq cəhdləri fonunda gündəmə gəlib.

"Bloomberg"in məlumatına görə, binanın satış planı Trampın müşaviri İlon Mask tərəfindən hazırlanan federal strukturların ixtisarı strategiyasının bir hissəsidir.

Əgər bina satılarsa, “Amerikanın Səsi”nin əməkdaşları və podratçıları binasız qala bilər. 

Qeyd edək ki, bir müddət əvvəl “Amerikanın Səsi” yayımını dayandırıb və əməkdaşlarının əhəmiyyətli bir hissəsi məzuniyyətə göndərilib. “Azadlıq Radiosu” isə Trampın bu addımını “Amerikanın düşmənlərinə hədiyyə” adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR