Onlayn ictimai-siyasi qəzet
Akop Aslanyan və Ovik Ağazaryan Ermənistan baş naziri vəzifəsinə Edmon Marukyanın namizədliyini irəli sürürlər.
Musavat.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə yerli parlamentin deputatı Ovik Ağazaryan öz feysbuk səhifəsində yazıb.
“Birləşmiş Milli Sosialist Partiyasının idarə heyətinin üzvü kimi bəyan etməyə səlahiyyətliyəm ki, idarə heyətinin qərarına əsasən, Ermənistan Respublikasının baş nazirinə etimadsızlıq ifadə olunması haqqında qərar layihəsi hazırlanıb.
Bundan başqa, deputatlar Akop Aslanyan və Ovik Ağazaryan tərəfindən Ermənistan Respublikasının 5-ci, 6-cı və 7-ci çağırış parlamentinin deputatı olmuş, xüsusi tapşırıqlar üzrə keçmiş səfir, “Aydın Ermənistan” partiyasının sədri Edmon Marukyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb”, - deyə Ağazaryan qeyd edib.
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ