İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankarada Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri arasında görüş keçirilib

Ankarada Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında görüş baş tutub.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, rəsmi dəvətlisi olaraq Ankarada səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyevi hərbi təntənə ilə qarşılayıb.

Rəsmi qarşılanma mərasimindən sonra hər iki ölkənin hərbi rəhbərləri Türkiyə Baş Qərargahında görüş keçiriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR