Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiyalar paketi bu gündən qüvvəyə minir.
Musavat.com Aİ-nin rəsmi jurnalında dərc olunan məlumata əsasən xəbər verir ki, sanksiya siyahısına salınan hüquqi şəxslər arasında Azərbaycan, Hindistan, Çin, BƏƏ, Sinqapur və Mavrikiydən olan 18 şirkətin adı var.
Xarici şirkətlərin siyahısına Çinin Bellatrix Energy, Zhu Jiang Shipmanagement, ACE Electronic HK (Honq Konqda qeydiyyatdan keçib), Wuhan Global Sensor Technology və Shandong ODES Industry (Çin), Hindistandan Intershipping Services Hub Private və Nayara Energy, Mavrikidən Redbird Corporate Services və Sapang Shipping, Sinqapurdan 2Rivers PTE, Azərbaycandan Aqua Fleet Management, BƏƏ-dən Intershipping Services, Twister Shipmanagement, Admiral Group, Milavous Group, 2Rivers DMCC, Monolink Group və Tarabya Logistics daxil edilib.
Musavat.com
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ