İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda sevgilisinin saçını qırxan kişi həbs edildi

Masallı rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadına qarşı zorakılıq əməlləri törətmiş şəxs həbs edilib.

Musavat.com qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə mayın 2-də Masallı şəhəri Hakimiyyət küçəsindəki evdə baş verib.

1981-ci il təvəllüdlü Anar Məmmədli qeyri-rəsmi nikahda yaşadığı Gülər Səmədovanı (ad-soyad şərtidir) döyərək əl-qolunu bağlayıb. O, ülgüclə G.Səmədovanın saçını qırxıb.

G.Səmədova gecə saat 23 radələrində ona qarşı törədilmiş hadisə ilə bağlı polisə müraciət edib. Təxminən 3 saat sonra A.Məmmədli saxlanılıb. O, saxlanılarkən müqavimət göstərərək səs-küy salıb, ünvansız söyüşlər söyməyə başlayıb.

Anar barəsində inzibati protokol tərtib edilib və Masallı Rayon Məhkəməsinə göndərilib. A.Məmmədli məhkəmədə hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

Məhkəmənin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, hazırda həmin şəxsin qadına qarşı hüquqazidd əməli ilə bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

07 May 2025

BÜTÜN XƏBƏRLƏR