İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın bayraqdarları bəlli oldu

Türkiyənin İstanbul şəhərində təşkil ediləcək Avropa Gənclər Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, paratekvando üzrə Paralimpiya Oyunlarının bürünc medalçısı Sabir Zeynalov və boccia üzrə idmançı Fidan Səfquliyeva Azərbaycan bayrağını daşıyacaqlar.

Qeyd edək ki, açılış mərasimi iyulun 24-də, Cebeci İdman Kompleksində keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR