İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın turizm imkanları Rusiyada silsilə tədbirlərlə nümayiş etdirilib

Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə turizm sahəsində mövcud əməkdaşlığı genişləndirmək və ölkəmizin turizm imkanlarını yerli turizm sənayesi nümayəndələrinə tanıtmaq məqsədilə Rusiyanın Yekaterinburq, Tümen və Novosibirsk şəhərlərində təqdimatlar keçirilib.

Ümumilikdə 220-yə yaxın turizm sənayesi mütəxəssisinin bir araya gəldiyi tədbirlərdə iştirakçılara Azərbaycanın müxtəlif turizm istiqamətləri ilə bağlı təqdimatlar keçirilib.

"Absheron Hotel Group", Naftalan sanatoriyaları və "Rayda Tour" kimi yerli turizm sənayesi təmsilçilərinin iştirak etdiyi B2B formatlı görüşlərdə əməkdaşlıq imkanları müzakirə olunub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR