Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin 11 noyabr tarixində “Kanal D”də başlayan, Ozan Akbaba və Sinem Ünsalın baş rollarda çəkildiyi “Uzak şehir” serialında Alya obrazını canlandıran Sinem Ünsalın hekayəsinin bitəcəyi iddia olunub.
Musavat.com xəbər verir ki, buna səbəb layihənin Livanda çəkilən versiyasındakı hekayə olub.
İzləyicilər isə yayılan xəbərlərə etiraz ediblər, onlar “Alya” serialdan gedərsə, ekran işini izləməyəcəklərini bildiriblər.
Lakin iddialar öz əksini tapmayıb və Sinem Ünsalın yeni sezonda da baş rol olacağı bildirilib.
Qeyd edək ki, aktrisa Sinem Ünsal 1993-cü ildə İzmirdə dünyaya gəlsə də, atası azərbaycanlı, anası isə çərkəzdir. Ünsal 2017-ci ildə “Çoban yıldızı” serialında Günəş obrazını canlandıraraq aktyorluq karyerasında ilk addımı atıb. O, həmçinin “Mucize doktor”, “Siyah beyaz aşk”, “Kızım” filmlərində də rol alıb.
Könül
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ