İnsanlara hürriyət, millətlərə istiqlal!

Blumental: “Putin əlavə vaxtı haqq etmir...”

ABŞ Konqresinin senatoru Riçard Blumental Rusiya əleyhinə sanksiyaların qəbulunun sürətləndirilməsinin vacibliyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, Ukraynanın “Suspilne” media qurumuna verdiyi açıqlamada deyib.

“Razıyam, Vladimir Putin əlavə vaxtı haqq etmir və biz sanksiyalar layihəsinin qəbulunu sürətləndirməliyik. Prezident Trampın gördüyü işlər düzgün istiqamətdədir, lakin mən qəti şəkildə müdafiə edirəm ki, sanksiyalar 100 yox, 500 faiz gücündə olmalıdır”, - deyə senator qeyd edib.

Riçard Blumental ABŞ-ın Konnektikut ştatını təmsil edən təcrübəli demokrat senatorlardan biridir. O, uzun illərdir Rusiya rəhbərliyinə qarşı sərt mövqe sərgiləyir və Kremlin Ukraynaya qarşı hərbi təcavüzünü qətiyyətlə pisləyir. Blumental xüsusilə Putin rejiminin beynəlxalq hüququ pozduğunu və buna görə daha sərt iqtisadi, siyasi təzyiqlərlə qarşılaşmalı olduğunu dəfələrlə vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR