Onlayn ictimai-siyasi qəzet
Avqust ayı sürprizlərlə doludur və bəzi bürclər üçün sanki göydən uğur yağacaq! Ulduzların düzülüşü, planetlərin enerjisi və karmik təsirlər bu ay müəyyən bürclərə həyatın hər sahəsində inanılmaz fürsətlər və qazanclar vəd edir.
Musavat.com xəbər verir ki, maliyyə baxımından "cekpot" sayılacaq bu inkişaflar həm gəlir artımı, həm də ani maddi şanslarla müşayiət olunur.
İndi isə gəlin, bu ay ulduzların əlini tutub uğura qaçacaq bürclərlə tanış olaq:
Bu ay Şir bürcündə doğulanlar üçün sanki kainat səhnə hazırlayıb. Xüsusilə ayın ikinci yarısında ani pul axını, miras xəbəri və ya gözlənilməz maddi dəstək gündəmdədir. Qumar, lotereya və investisiya kimi riskli sahələrdə belə, ulduzlar sizin tərəfinizdə olacaq. Özünü göstərmək və sərvətini artırmaq üçün ideal zamandır.
Macərapərəst Oxatan bu ay intuisiya və şansını birləşdirərək maddi baxımdan inanılmaz yüksəliş yaşayacaq. Yeni layihəyə başlamaq, kriptovalyuta və ya səhm bazarına yatırım etmək üçün bənzərsiz dövrdür. Həm pul, həm də sosial status baxımından "cekpot"u vurmaq mümkündür.
Sakit və sabit Buğalar üçün bu ay gözlənilməz bir maddi yüksəliş vəd edir. Borclar bağlanır, əli bollaşır. Ailə içi maliyyə dəstəyi və ya köhnə bir işin pulunun gəlməsi ilə rahat nəfəs alacaqsınız. Ayın sonunda həyatınıza girəcək yeni imkanlar sizi təəccübləndirəcək.
Əkizlər üçün bu ay sözün əsl mənasında “möhtəşəm dönüş” ayıdır. İş həyatında yüksəliş, freelance gəlirlər və sponsorlu layihələrlə qazanc dalğası başlayır. Xüsusilə media, satış və yazılı işlərlə məşğul olan Əkizlər üçün bol qazanc və bol təqdir var. Həyatın pul kanalını açırsınız!
Musavat.com
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ