İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu içki qaraciyərə MÖCÜZƏVİ təsir edir

Britaniyada aparılan yeni tədqiqatın nəticələrinə əsasən, gündəlik və ölçülü miqdarda qəhvə qəbulu qaraciyərin piylənməyə qarşı müqavimətini artırmağa kömək edə bilər.

Musavat.com-un xarici mediaya istinadən məlumatına görə, Mütəxəssislər bildirirlər ki, qaraciyər orqanizmin təmizləyici sisteminin əsas hissəsidir – qanın süzülməsi, qida maddələrinin işlənməsi, toksinlərin xaric edilməsi və maddələr mübadiləsinin tənzimlənməsi kimi funksiyalar məhz bu orqanın öhdəsinə düşür. Onun sağlam qalması siroz, hepatit və alkoqolsuz yağlı qaraciyər xəstəliyi (NAFLD) kimi ciddi xəstəliklərin qarşısını almaqda mühüm rol oynayır.

Araşdırmaya görə, qəhvə içmək NAFLD riskini azalda bilər. Bu xəstəlik xüsusilə piyli və zərərli qidalanma, həmçinin metabolik problemlərlə əlaqəli şəkildə meydana çıxır və bəzi ölkələrdə əhalinin 30-35%-ni əhatə edir. Elmi nəticələr göstərib ki, gündəlik həyatında qəhvədən istifadə edən şəxslərdə qaraciyərdə yağ yığılması və struktur dəyişiklikləri daha az müşahidə olunur.

Ən maraqlısı isə odur ki, bu müsbət təsir qəhvənin formasından asılı deyil. İstər hazır, istər təzə üyüdülmüş, istərsə də kofeinsiz qəhvədə faydalı maddələrin – polifenollar və antioksidantların – qorunub qalması, bədəndə iltihabı azaltmağa və metabolizmi tənzimləməyə imkan yaradır.

Bununla belə, mütəxəssislər həddindən artıq istifadənin ziyanlı ola biləcəyini də vurğulayırlar. Gündə 2-3 fincandan çox (təxminən 400 milliqram kofein) qəhvə istehlakı yuxu problemləri, ürək döyüntüsündə artım və əsəbilik kimi mənfi təsirlərə səbəb ola bilər. Xüsusilə təzyiqi yüksək olan və ya mədə-bağırsaq sistemi zəif olan şəxslərə həkim məsləhəti olmadan qəhvəni gündəlik vərdişə çevirməmək tövsiyə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR