Onlayn ictimai-siyasi qəzet
AFFA U-13 Liqasında çıxış edən Mingəçevirin "Uğur" klubu Azərbaycan çempionatından kənarlaşdırılıb.
Musavat.com xəbər verir ki, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında verilib.
Komandaya Bərdənin "Qala" klubu ilə keçirilməli olan oyuna təyin edilən vaxtda gəlmədiyinə və görüş baş tutmadığına görə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün "Uğur" liqadan kənarlaşdırılıb.
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ