Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarələri haqda danışdığını bildirib.
Musavat.com xəbər verir ki, bunu Ərdoğan NATO sammitindən sonra Haaqada jurnalistlərlə söhbəti zamanı deyib: "Trampla görüşümüz zamanı S-400-ü müzakirə etmədik. Bu, gündəmimizdə deyildi. Və bu məsələ artıq bağlanıb, bu, bitmiş sövdələşmədir. Biz F-35 məsələsini müzakirə etdik".
Ərdoğan xatırladıb ki, Türkiyə “F-35 layihəsi çərçivəsində təxminən 1,3-1,4 milyard dollar ödəniş edib”: "Bu təyyarələri almağımıza gəlincə, Trampın bununla bağlı xoş niyyətli olduğunu gördük. Rəsmilərimiz F-35-lərin alınması, həmçinin F-16-larımızın texniki xidməti və təmiri ilə bağlı işləri davam etdirirlər".
O əlavə edib ki, Ankara “Eurofighter qırıcılarının alınması mövzusu üzərində işləməyə davam edir”: "Bu, Böyük Britaniya və Almaniya ilə davam edir. Ümid edirik ki, bu iki ölkə də bizim yaxşı niyyətimizi müsbət qəbul edəcək".
Musavat.com
26 Iyun 2025
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ