Onlayn ictimai-siyasi qəzet
İstifadə etdiyimiz hər bir qidanın sağlamlığımıza müsbət və mənfi təsirləri vardır. Güclü immunitet üçün sağlam qidalanmalıyıq.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, türkiyəli professor Canan Karatay şəfalı qidalar barədə açıqlama verib.
Karatayın sözlərinə görə, bu qidalar sağlamlığımız üçün çox faydalıdır. Tərkibində vitamin və minerallar olan qidalar xəstəliklərə qarşı immuniteti gücləndirir.
Professor qeyd edir ki, qoz sağlam xüsusiyyətinə görə pəhriz menyularının vazkeçilməzidir. Bununla belə, qozun faydaları saysız-hesabsızdır. Müntəzəm olaraq qoz istehlakı bədəni gücləndirir.
Hər gün qoz yeməyin faydaları...
Hər gün bir ovuc qoz yemək ürək sağlamlığına mübət təsir edir. Belə ki, qozun tərkibində A və C vitaminləri, dəmir, kalsium, zülal, pəhriz lifi kimi qida maddələri var.
Eyni zamanda, qoz "pis xolesterol" kimi tanınan LDL xolesterolunu azaldır.
2021-ci ildə “Circulation” jurnalında dərc edilən araşdırmaya görə, gündə iki porsiya qoz istehlak edən yaşlı insanlarda LDL xolesterol səviyyəsi əhəmiyyətli dərəcədə azalır.
2020-ci ildə “Nutrients” jurnalında dərc edilən araşdırmada qeyd edilib ki, qoz istehlakı beyin funksiyalarına və yaddaşa müsbət təsir göstərir. Qoz yemək iltihabı azaldır, Alzheimer xəstəliyi və demansdan qoruyur.
2022-ci ildə “Nutrients” jurnalında dərc edilən başqa bir araşdırmada bildirilir ki, gündə iki porsiya qoz istehlakı stress və depressiya səviyyəsini yaxşılaşdır.
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ