Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putinin may bayramları dövründə atəşkəs elan olunması ilə bağlı təşəbbüsü gündəmdə qalır.
Musavat.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
“Putinin bayram günlərində atəşkəslə bağlı təşəbbüsü qüvvədədir. Bu istiqamətdə müvafiq göstərişlər də verilib. Lakin əgər Ukrayna Silahlı Qüvvələri Rusiya hərbi mövqelərinə zərbə endirməyə cəhd etsə, dərhal adekvat cavab veriləcək”, – deyə Peskov bildirib.
Kreml rəsmisinin sözlərinə görə, Kiyevdən bu təşəbbüsə hələlik rəsmi reaksiya verilməsə də, Moskva tərəfindən irəli sürülən təklifin aktuallığı davam edir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 9 May – Qələbə Günü və digər may bayramları ərəfəsində cəbhədə gərginliyin azaldılması üçün atəşkəs elan olunmasını təklif etmişdi.
Toğrul İSMAYIL,
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ