Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın xalq artisti, tanınmış biznesmen və “Sea Breeze” layihəsinin əsas ideoloqu Emin Ağalarov yeni sensasion açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Xəzər dənizinin sahilində – “Sea Breeze” ərazisində ölkənin ən hündür göydələn - qülləsi inşa ediləcək.
Musavat.com-un məlumatına görə Emin Ağalarov bildirib ki, bu möhtəşəm layihə çərçivəsində 323 metr hündürlüyündə müasir memarlıq nümunəsi olan qüllə - bina tikiləcək. Bu hündürlük Azərbaycan üçün bir ilk olacaq və layihənin reallaşması ilə Bakı yeni simvolik bir göydələnə sahib olacaq.
Açıqlama ilə yanaşı yayımlanan videoda tikiləcək binanın gələcək görünüşünü əks etdirən qrafik vizualizasiyalar da yer alıb. Kadrlarda dənizin ortasında yaradılmış yarımhalqa formalı süni ada və onun mərkəzində göyə ucalan unikal siluetli bina görünür. Layihənin ətrafında yaşayış kompleksləri, əyləncə zonaları və yaxta limanı da nəzərdə tutulur.
Hazırda bu adanın konturları Xəzər sahilində artıq çəkilib və layihənin ilkin infrastruktur mərhələsinə start verilib. Yerli sakinlər və sosial media istifadəçiləri bu layihəyə böyük maraq göstərir, onu ölkənin memarlıq simasının yenilənməsi kimi qiymətləndirirlər.
Musavat.com
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ