İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibədə uduzan Ermənistan 7 milyardlıq qızıl, brilyant niyə alır? -Professorun sensasion araşdırması

Bu araşdırma “Qeyri-hökumət Təşkilatıarına Dövlət Dəstəyi Agentliyi”nin  ilə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən “Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili” mövzusunda reallaşdırılan layihə çərçivəsində yazılan ikinci məqalədir.

Bir ölkənin idxalının həcmi hansı hallarda kəskin əşkildə arta bilər? Bunun bir çox səbəbləri mümkündür. Lakin əsas səbəb budur ki, həmin ölkə ciddi iqtisadi yüksəliş yolu tutulsun və bu yol ölkədə əhalinin gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxara bilsin. Təbii ki, belə olan halda ölkə daxilində bir çox məhsullara tələbat əsaslı şəkildəyüksəlir və bu da öz növbəsində idxalın həcminin artmasına gətirib çıxarar.

Bu araşdırmamızda biz reallaşdırdığımız layihə çərçivəsində Ermənistanda son bir neçə il ərzində idxalın kəskin şəkildə artmasının köklərini araşdırmağı hədəfləyirik. Son illər Ermənistan hökuməti bütün dünyaya elan edib ki, bəs 44 günlük ikinci Qarabağ savaşındakı acınacaqlı məğlubiyyətdən sonra onların iqtisadiyyatı ikirəqəmli inkişaf yolu ilə irəliləyir.

İkinci Qarabağ müharibəsi haqqında 44+1 bölümlük serial - Ayna.az

İkinci Qarabağ müharibəsində 44 gün ərzində öz iqtisadi, maliyyə və hərbi potensialının böyük bir qismini itirmiş bir ölkənin xarici ticarət dövriyyəsindəki “inqilabi sıçrayışının” kökündə nələr dayanır? Axı acınacaqlı iqtisadi və maliyyə durumunda olan bir ölkəyə onun Dövlət büdcəsinin həcmi səviyyəsində idxal üçün ən azından adekvat valyuta imkanlarına malik olmalıdır. Digər tərəfdən idxalın həcmi ilk növbədə hər hansı bir məhsula olan daxili tələbatı ödəmək üçün artırıla bilər. Nə baş verdi ki, Ermənistan son üç ildə idxalın həcmini 2021-ci ildəki 5,3 milyard dollardan, 2024-cü ildə 17,1 milyard dollara qədər artıra bildi? Bəlkə gerçəkdən də 44 günlük savaşdan sonra erməni hökuməti müharibədəki acınacaqlı məğlubiyyətdən lazımı nəticələr çıxarıb, ölkə iqtisadiyyatını dirçəltmək üçün real iqtisadi addımlar atmağa start verib və bu məqsədlə də idxal imkanlarını belə sürətlə böyüdür? Təbi ki, bütün bunlar o qədər də ciddi görünmür. Çünki, acınacaqlı məğlubiyyətdən çıxmış Ermənistanın real iqtisadi və maliyyə durumu bizə yaxşı bəllidir. Ermənistan rəsmi dövlət statistikasının məlumatlarına əsaslansaq, son bir neçə ildə ölkənin iqtisadiyyatının xarici ticarət dövriyyəsindən dolayı digər sahələrində ən yaxşı halda cüzü artımları görmək mümkündür. Əgər bura müharibədən sonra Ermənistandakı daxili çəkişmələri, hakimiyyət uğrundakı çarpışmaları da əlavə etsək, o halda ölkənin idxalındakı bu qədər artımın bir başqa hədəflərinin olduğuna şübhə qalmır.

2022 -ci ildə Ermənistanda 4,5% iqtisadi artım proqnozlaşdırılır

Yuxarıda dediklərimizi konkret faktlarla əsaslandıraq. Beləliklə, 2021-ci illlə müqaisədə 2024-cü ildə Ermənistanın idxalında ən çox artan təbii və ya mədəni mirvarilər, qiymətli və ya yarı qiymətli daşlar, qiymətli metallar kimi məhsulları görmək mümkündür. Yəni bu məhsulların idxalının həcmi 2021-ci ildə 248,4 milyon dollar təşkil edirdisə, 2024-cü ildə həmin məhsulların Ermənistana idxalının həcmi 7,4 milyard dollardan çox olmuş, daha doğrusu 3 il ərzində idxalın həcmi 7 milyard 152 milyon dollar və ya 29,8 dəfə artmışdır. Nəzərə alaq ki, Ermənistanın 2024-cü ildə Dövlət büdcəsinin gəlirləri 6,6 milyard dollar, xərcləri isə 7,6 milyard dollar olmuşdur. Sual olunur ağır məğlubiyyət yaşamış və əhalisi xüsusilə də müharibədən sonra acınacaqlı sosial durumda olan bir ölkənin bu qədər zinət məhsulları idxal etməsi nə deməkdir?

Ermənistan müharibəyə hazırlaşır? - Oxu.az

Ermənistan Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində əks etdirilmiş məlumatlar göstərir ki, bizim yuxarıda bu ölkənin idxalının həcmnin artmasına dair əks etdirdiyimiz rəqəmlər demək olar ki, müqaisə apardığımız dövrdə Ermənistanın Rusiyadan idxal etdiyi məhsulların həcmi ilə tam adekvatdır. Belə ki, əgər 2021-ci ildə Ermənistan Rusiyadan cəmisi 1 milyard 785 milyon dollar həcmində məhsul idxal etmişdisə, 2024-cü ildə bu rəqəm 5,2 dəfə və ya 7,5 milyard dollar artaraq, 9 milyard 239 milyon dollar təşkil etmişdir. Təbii ki, bu rəqəmlər özlüyündə ciddi suallar doğurur. Ermənistanla Rusiya arasında qarşılıqlı ticarət əlaqələrində Ermənistana Rusiyadan idxalın həcminin belə fantastik artımının arxasında nələr dayanır.  Bu barədə növbəti araşdırmamızda geniş məlumat verəcəyik.

 Fikrət Yusifov: 'Vəziyyət 2-3 il sonra sabitləşəcək'

Fikrət Yusifov
İqtisad elmləri doktoru,
professor,
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR