İnsanlara hürriyət, millətlərə istiqlal!

Tatlısəslə bağlı QALMAQAL - Mühafizəçisi ilə TƏHDİD MESAJI GÖNDƏRDİ

Məşhur müğənni İbrahim Tatlısəs illərdir “kirvəm” deyə xitab etdiyi yaxın dostu Metin Cantimur ilə münasibətlərində gərginlik yaşayıb. 

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, sosial şəbəkələrdə başlayan qarşılıqlı açıqlamalar, təhdid xarakterli mesajlar və prokurorluğa edilən şikayətlə yeni mərhələyə keçib.

Paylaşımı qalmaqala səbəb oldu

Hadisələrə səbəb olan paylaşımlardan biri Tatlısəsin sosial media hesabında etdiyi paylaşım olub. Sənətçi, “Bəslədiyim itlər sümüklərini kəsəndə hürməyə başladılar” sözlərini yazaraq, heç bir ad çəkməyib. Ancaq qısa müddət sonra bu sözlərin 40 illik dostu Metin Cantimura yönəldiyi ortaya çıxıb.

“Sirlərini açıqlaya bilərəm”

Metin Cantimur bu paylaşımın ardından sosial media hesabında “Öz hörmətsizliyini başqalarına atdığı iftiralarla örtməyə çalışan dostuma salam olsun” deyə cavab verib. Bununla kifayətlənməyən Cantimur bir maqazin proqramına bağlanaraq Tatlısəs haqqında müxtəlif iddialar irəli sürüb. Canlı yayımda Tatlısəsin keçmiş baxıcısı Tuğçe ilə imam nikahı kəsdiyini iddia edən Cantimur, həmçinin Reza Zərrabla əlaqələri və Almaniyadakı sirləri açıqlaya biləcəyini bildirib. “Bodrumdakı nikah şahidlərinin adlarını da deyə bilərəm. Hər kəslə dini nikah edib” sözləri diqqət çəkib.

Cantimurun oğlundan təhdid: “Türkiyə görəcək”

Hadisələrdən sonra Metin Cantimurun oğlu Turgay Cantimur Tatlısəsə birbaşa çata bilmədiyi üçün sənətçinin mühafizəçisi Mevlüt A-ya mesaj göndərib. İddiaya görə mesajda belə deyilib: “Ankaraya gələndə sənə böyük sürpriz edəcəm. İbrahim əmiyə de, baxaq görək Tatlısəsmi böyükdür, Cantimurmu? Türkiyə görəcək. Bunu yanındakı o çolağa oxut”.

Tatlısəs şikayətçi oldu, araşdırma başladı

Təhdid xarakterli mesajlardan sonra İbrahim Tatlısəs prokurorluğa müraciət edərək Metin Cantimur və onun oğlundan şikayətçi olub. Məşhur sənətçinin keçmiş dostunun son davranışlarının dəyişdiyini, təhqir və təhdidlərə məruz qaldığını ifadə etdiyi öyrənilib. İddialar və ittihamlar əsasında prokurorluq araşdırma başladıb. Hazırkı mərhələdə tərəflərdən yeni bir açıqlama verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR