Onlayn ictimai-siyasi qəzet
Portuqaliyanın paytaxtı Lissabonda məşhur funikulyor dəmir yolunun relsdən çıxması nəticəsində azı 15 nəfər ölüb, 18 nəfər yaralanıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 9 nəfərin vəziyyəti ağırdır. Ölənlərin Portuqaliya və ya xarici vətəndaşlar olub-olmadığı, qəza zamanı qatarda neçə nəfərin olduğu məlum deyil.
Hadisə yerli vaxtla saat 18:05-də Avenida da Liberdade yaxınlığında baş verib. Hadisə yerində fövqəladə hallar xidmətinin 62 əməkdaşı və 22 maşın işləyir.
Səlahiyyətlilər hadisənin səbəbini müəyyənləşdirmək üçün hələ tez olduğunu deyirlər, lakin Portuqaliyanın Observador qəzeti trasda kabelin qopması nəticəsində funikulyorun idarəetməni itirərək yaxınlıqdakı bina ilə toqquşduğunu bildirib.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ