Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Əbbas Əraqçi ABŞ-ın İranın nüvə obyektlərinə zərbəsindən sonra verdiyi bəyanatla diqqət çəkib.
Musavat.com xəbər verir ki, o bildirib ki, hazırda Tehran danışıqlara başlamağa hazır deyil, lakin diplomatik yol prinsipcə bağlı hesab olunmamalıdır.
“Hazırda İranın danışıqlara başlamaq niyyəti yoxdur. Lakin diplomatik çıxış yolları ümumiyyətlə bağlı olmamalıdır. Bu qapı tam qapanmamalıdır,” – deyə Əraqçi vurğulayıb.
Nazir eyni zamanda ABŞ Prezidenti Donald Trampı sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, Tramp İran xalqına və regionun sabitliyinə xəyanət edib:
“Tramp İrana xəyanət etdi və İsrailin məqsədləri naminə xalqların torpaqlarını və resurslarını istismar edən cinayətkarın ambisiyalarına boyun əydi,” – deyə o bildirib.
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ