İnsanlara hürriyət, millətlərə istiqlal!

FTB İran rəsmisini axtarışa verdi - FOTO

Federal Təhqiqatlar Bürosu (FTB) İran ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini Seyid Yəhya Hüseyni Pəncəkin şəklini paylaşaraq, onun axtarışda olanlar siyahısına salıb.

Musavat.com xəbər verir ki, bu barədə "Azad Iran" telegram kanalı məlumat yayıb.

Onun barəsində məlumat istəyən FTB bildirib ki, Yəhya Hüseyni ETTELAAT Nazirliyi ilə SEPAH arasında əməkdaşlıqla kəşfiyyat şəbəkələri və sosial mediadan istifadə edərək sui-qəsdlər və terror fəaliyyətlərində iştirak etmək ittihamı ilə axtarışdadır.

Bildirilib ki, Pəncəki nazirliyin xaricdə İran əleyhdarlarına əsas sui-qəsd əməliyyatları hazırlayan şəxs, eləcə də, Xameneyinin etibar etdiyi yeni nəsil kəşfiyyatçıdır. Onun nazirlikdə SEPAH-ın köməyi ilə təxribat əməliyyatları keçirməsi üçün “Şəhid Süleymani” adlı qərargah yaratdığı qeyd olunub. Qərargahın SEPAH-ın Qüds qanadının öldürülən komandanı Qasım Süleymaninin qisasını almaq üçün qurulduğu vurğulanıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR