İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecələr yuxuya gedə bilməyənlərə ŞAD XƏBƏR – ŞOK ÜSUL 

Son illərdə ən çox rast gəlinən problemlərdən biri də yuxusuzluqdur. Bu problem bir çox insanın gündəlik həyatına mənfi təsir göstərir.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, gecələr nə qədər yorğun və halsız olsaq da, bəzən yuxuya getməkdə çətinlik çəkirik.

Beynimizdən ard-arda keçən fikirlər və bu düşüncələrin bir-birini izləyərək zəncirvari hal alması yuxuya getməyimizi əngəlləyən əsas amillərdən biridir.

Yuxusuzluqdan qurtulmaq üçün mütəxəssislər tərəfindən tövsiyə olunan bir sıra üsul və məşqləri sınamaq mümkündür.

Son dövrlərdə yuxuya getməni asanlaşdıran sadə və effektiv bir üsul kimi “Koqnitiv qarışdırma” adlı metod təklif edilir.

Gecə yatağa uzandığımızda keçmiş xatirələr və daxili dialoqlar daha aydın və güclü şəkildə ortaya çıxır. Bu isə narahatlıq və gərginlik hissini artırır. Bu düşüncələrin ardınca gələn stress və qurduğumuz mənfi ssenarilər zehni daim məşğul saxlayır, nəticədə yuxuya getmək qeyri-mümkün hala gəlir.

Məhz bu nöqtədə mütəxəssislər “Koqnitiv qarışdırma” adlandırılan üsulu tövsiyə edirlər. Bu metod sayəsində daxili monoloqları dayandırmaq və yuxuya getmək prosesi asanlaşır.

Metodu tətbiq etmək olduqca sadədir. Zehni gündəlik və narahatedici fikirlərdən uzaqlaşdırmaq üçün bir söz seçin. Məsələn, bu söz “qələm” olsun. Sonra bu sözün hər hərfi üçün yeni bir söz düşünün – məsələn, “Q” hərfi üçün “qapı”, “Ə” üçün “əldə”, “L” üçün “lampa”, və s. Bu sözlər arasında məna əlaqəsi ola bilər, amma bu, mütləq deyil.

Bu məşğuliyyət tipli oyun beyinin diqqətini yayındırır və onu zehni cəhətdən yorur. Eyni zamanda, düşündüyünüz hər bir söz üçün beyninizdə vizual obraz yaratmağa çalışın. Məsələn, “qapı” sözünü təsəvvür edin – onun rəngi, forması, harada yerləşdiyi və s. Bu vizual təsvirlər zehni daha sürətli yorduğundan yuxuya getməyi asanlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR