İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə etiraz aksiyasının 13 iştirakçısı saxlanıldı

Gürcüstanın hüquq-mühafizə orqanları 4 oktyabrda Tiflisdə keçirilən etiraz aksiyasının 13 iştirakçısını saxlayıb.

Musavat.com xəbər verir ki, hakimiyyət nümayəndələri həmin şəxslərin Prezident Administrasiyasının binasına hücum cəhdində fəal iştirak etdiyini iddia edir. Onlara qarşı kütləvi iğtişaşlarda iştirak, strateji obyektin ələ keçirilməsi və ya bloklanması, əmlakın zədələnməsi və hakimiyyətin zorla devrilməsinə çağırış maddələri üzrə cinayət işləri açılıb.

Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib ki, ümumilikdə 15 nəfər şübhəli müəyyən edilib, 13-ü saxlanılıb, daha 2 nəfərin axtarışı davam edir.

Bundan əvvəl aksiyanın təşkilat komitəsinin 5 üzvü saxlanılmışdı və onların 7 oktyabrda məhkəmə qarşısına çıxarılması gözlənilir.

Baş nazir İrakli Kobaxidze isə saxlanılmalardan əvvəl açıqlama verərək bildirib ki, Daxili İşlər Nazirliyi “qanun pozanların tutulması üçün xüsusi əməliyyat” keçirir. O, 4 oktyabr hadisələrini xaricdən yönləndirilmiş “hakimiyyəti zorla ələ keçirmə cəhdi” adlandırıb və qeyd edib ki, son dörd ildə müxalif “Vahid Milli Hərəkat” partiyası beş dəfə “Maydan ssenarisi” qurmağa cəhd göstərib, lakin hökumət “adekvat cavab” verib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR