Onlayn ictimai-siyasi qəzet
Hindistanda müsəlman qadının cəsarətli addımı qarşıdurmaya səbəb olub.
Musavat.com xəbər verir ki, Hindistanın şəhərlərinin birində baş verən hadisə ölkədə dini gərginliyi bir daha gündəmə gətirib. Belə ki, yerli müsəlman qadın küçə keçidinə yapışdırılmış Pakistan bayrağını çıxarmağa cəhd edib. Hadisə ictimaiyyətin və sosial şəbəkələrin diqqətini çəkib.
Ancaq onun bu addımı yerli hindu sakinlərin sərt reaksiyası ilə qarşılaşıb. Hadisə yerində toplaşan bir qrup şəxs qadını söyməyə, təhqir etməyə və fiziki şəkildə qarşısını almağa başlayıb. Onlar qadının bayrağı çıxarmasına icazə verməyib, hətta zorakılığa da əl atıblar.
Qadın isə bütün çətinliklərə baxmayaraq, cəsarətlə mübarizəsini davam etdirib. O, bəzi bayraqları çıxarmağa nail olsa da, bütün bayraqları yığışdıra bilməyib.
Toğrul İSMAYIL,
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ