Onlayn ictimai-siyasi qəzet
Bloqer Hüseyn Həsənov ona qarşı cinayət işi qaldırılmazdan əvvəl Moskvadakı mənzilini satmağa cəhd göstərib.
Oxu.Az xəbər verir ki, bu iddia ilə SHOT "Telegram" kanalı çıxış edib.
Kanalın məlumatına görə, o, Rusiyanı tərk etdikdən sonra parkinq yeri olan mənzilini ayda 749 min rubla (1600 manata yaxın - red.) icarəyə verib.
Vergi problemləri ilə bağlı xəbərlərdən sonra bloqer mənzili 100 milyon rubla (iki milyon manatdan çox - red.) satışa çıxarıb.
H.Həsənov daşınmaz əmlaka alıcı tapa bilməyib, lakin "Rolls-Royce Cullinan" markalı avtomobilini satıb. Bloqerin 124 kvadratmetr sahəsi olan üç otaqlı mənzili "Moskva-Siti" ərazisində yerləşir.
Xatırladaq ki, Rusiyada H.Həsənov barəsində xüsusilə böyük miqdarda pul vəsaitinin leqallaşdırılması ilə bağlı cinayət işi açılıb. Ona qiyabi həbs qətimkan tədbiri seçilib. Bloqeri 7 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Hüseyn Həsənov 2019-2021-ci illərdə 170 milyon rubldan çox (təxminən 3,6 milyon manat) məbləğində vergidən yayınmaqda ittiham olunur.
19 May 2025
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ