İnsanlara hürriyət, millətlərə istiqlal!

İran 3 həftəyə 10 nüvə başlığı yaratmaq imkanındadır – ABŞ rəsmisi

İran üç həftə ərzində 10-a qədər nüvə başlığı yaratmağa qadirdir.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla Yaxın Şərq və Şimali Afrika Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmədə çıxış edib: “Əgər İran rejimi sürətləndirilmiş nüvə silahı proqramına başlamaq qərarına gələrsə, hesablanır ki, bir neçə zənginləşdirmə obyektlərində mövcud ehtiyatlar və sentrifuqalar təxminən bir həftə ərzində ilk 25 kiloqram silah dərəcəli nüvə materialı və üç həftə ərzində on nüvə başlığı istehsal etmək üçün kifayətdir”.

Onun sözlərinə görə, İran nüvə silahı əldə edərsə, digər ölkələr də bu fikrə düşəcəklər: "Bölgədəki digər ölkələr İrana qarşı çəkindirici potensialı qoruyub saxlamaq üçün nüvə silahı əldə etmək, ya onları inkişaf etdirmək, ya da almaq üçün mümkün olan hər şeyi edəcəklər".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR