İnsanlara hürriyət, millətlərə istiqlal!

İran hücumdan əvvəl Qətəri xəbərdar edib – NYT

İran ABŞ-ın Qətərdəki hərbi bazasına raket zərbəsi endirməzdən əvvəl Qətər rəsmilərini planlaşdırılan hücum barədə xəbərdar edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı The New York Times nəşrinə danışan İran rəsmiləri verib.

Mənbələrin sözlərinə görə, Tehran bu addımı atmaqla itkilərin qarşısını almağa çalışıb və eyni zamanda, cavab zərbəsinin zəruriliyini nümayiş etdirmək istəyib. İran tərəfi üçün vacib olan yalnız ABŞ-ın hərbi obyektlərinə cavab vermək deyil, həm də eskalasiyanı idarə olunan səviyyədə saxlamaq olub.

NYT yazır ki, İranın bu davranışı tərəflərə manevr imkanı saxlamaq və gərginliyi tammiqyaslı müharibəyə çevirməmək məqsədi daşıyır. Rəsmi Tehranın bu strategiyası həm daxili ictimai rəyə cavab vermək, həm də beynəlxalq diplomatik kanalları açıq saxlamaq cəhdi kimi dəyərləndirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR