Onlayn ictimai-siyasi qəzet
İranın şimalında yerləşən Gilan əyalətində bu səhər İsrailin hücumundan sonra törədilən partlayışlar nəticəsində azı 9 nəfər ölüb, 33 nəfər yaralanıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə əyalət rəhbərliyinin bəyanatında deyilir.
"Bu səhər hücum nəticəsində 4 yaşayış binası tamamilə dağılıb, partlayış nəticəsində yaxınlıqdakı çoxlu sayda evə də ziyan dəyib. Hücumda 9 mülki şəxs həlak olub, 33 nəfər yaralanıb", - "Tasnim" agentliyi bəyanatın mətnini yayıb.
Yaralananlardan 16-sı qadın və uşaqlardır.
İqbal RZAYEV,
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ