Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İsrailin müdafiə naziri İranın davam edən raket hücumlarına sərt şəkildə cavab verib.
Nazir bəyan edib ki, əgər Tehran rejimi raket hücumlarını davam etdirərsə, İsrail İranın paytaxtı Tehranı yer üzündən siləcək.
Nazir bildirib ki, İranın ali lideri Əli Xameneinin mövcud siyasəti bütün İran xalqını təhlükə altına salır. Onun sözlərinə görə, İsrailə qarşı həyata keçirilən hücumlara görə məsuliyyət təkcə siyasi və hərbi rəhbərlikdə deyil, həm də bütün iranlıların üzərində olacaq.
Bu bəyanat İran-İsrail gərginliyinin daha da alovlandığı bir dövrdə səsləndirilib. Artıq hər iki ölkə bir-birinin ərazisinə qarşı genişmiqyaslı hava və raket hücumlarına başlayıb. Yaxın Şərqdə müharibənin miqyası böyüyür və regional təhlükəsizlik tam şəkildə risk altına düşür.
Musavat.com
15 Iyun 2025
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ