Onlayn ictimai-siyasi qəzet
Bazar gecəsindən başlayaraq Trakya, Şimali Ege, Marmara, İstanbul da daxil olmaqla, Qərbi Qara dəniz bölgəsində şiddətli yağış yağacaq, havanın temperaturu 8-9 dərəcə aşağı düşəcək.
Musavat.com xəbər verir ki, bu sözləri metereoloq Orhan Şen deyib.
Məlumata görə, həftəsonu Bursa və Balıkəsirdə temperatur rekordları qırıla bilər.
"Bursada ən yüksək temperaturun iyun ayında 28,4 dərəcə, iyulda orta göstəricinin 30,9 dərəcə, avqustda isə orta hesabla 31,1 dərəcə olduğunu nəzərə alsaq, bazar günü şəhərdə yay fəslindən də qızmar istilər yaşanacaq. Balıkəsirdə qeydə alınan ən yüksək temperatur iyunda 30,1, iyul və avqust aylarında isə 32,7 dərəcədir. Bursada ən yüksək temperatur yeni rekorda çata bilər. Bu, 1945-ci ildən sonra ən qızmar yay olacaq" - Orhan Şen qeyd edib.
Musavat.com
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ