Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas İranı Rusiyaya hərbi dəstəyə son qoymağa çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Aİ-nin diplomatik dairələrindən daxil olub.
Kallas İranın xarici işlər nazirinin müavini Abbas Arakçı ilə telefon danışığı aparıb. O, söhbət zamanı Avropa İttifaqının İranın nüvə proqramı ilə bağlı diplomatik səylərə və regionda gərginliyin azaldılmasına dəstəyini vurğulayıb.
Ancaq görüş təkcə müsbət mesajlarla yekunlaşmayıb. Kallas İranın Rusiyaya hərbi dəstək göstərməsinin qəbuledilməz olduğunu, bunun Aİ-İran münasibətlərini birbaşa təhlükə altına saldığını açıq şəkildə bildirib. O, həmçinin Aİ vətəndaşlarının İranda saxlanılması və insan hüquqları ilə bağlı vəziyyətin də ciddi narahatlıq doğurduğunu vurğulayıb.
“Avropa İttifaqı ilə İran arasındakı münasibətlər bütün sahələrdə əldə olunan irəliləyişdən asılı olacaq,” – deyə Kallas bəyan edib.
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ