Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Füzulidə 16 yaşlı Nahid Nağızadə kanalda batıb.
“Qafqazinfo”nun məlumatına görə, rayonun Kərimbəyli kəndi ərazisindən keçən hissəsində kanalda batan məktəblinin axtarışına FHN-in Aran Dalğıc Axtarış Qrupu cəlb edilib.
Hazırda N.Nağızadənin tapılması istiqamətində axtarışlar davam etdirilir.
Sosial şəbəkələrdə yayılan məlumata görə, batan şəxs əslən Füzuli rayonundan olan tanınmış həkim Vüqar Nağıyevin oğludur. Bildirilib ki, suyun səviyyəsinin çox olması səbəbindən onun axtarışları 3 gündür öz nəticəsini vermir.
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ