Onlayn ictimai-siyasi qəzet
Respublika Partiyasının keçmiş deputatı Karen Karapetyan və oğlu Narek Karapetyan bir müddət əvvəl İrəvandakı polis idarəsindən sərbəst buraxılıblar.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Qeyd edək ki, onlar saat 4 radələrində hüquq-mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə evdən çıxarılaq polis maşını ilə naməlum istiqamətə aparılmışdı və bu barədə yaxınlarına heç bir məlumat verməmişdi.
Ermənistan Daxili İşlər Nazirliyi tərəfindən digər saxlanılan, rusiyalı milyarder, “Taşir” Şirkətlər Qrupunun rəhbəri və xeyriyyəçi Samvel Karapetyana gəlincə, hazırda onun taleyi ilə bağlı məlumat yoxdur.
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ