Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Tambov vilayətinin sabiq qubernatoru Maksim Yeqorova təxminən 80 milyon rubl məbləğində “otkat” (rüşvət) alma ittihamı irəli sürülüb.
Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
İstintaqın məlumatına əsasən, Yeqorovun şəxsi istifadəsində olan avtomobillərdən biri 11 milyon rubla başa gəlib və bu avtomobil üçüncü şəxsin adına rəsmiləşdirilib. Həmçinin, rüşvət verən şəxs sabiq qubernatorun anasının adına rəsmiləşdirilmiş Moskvadakı bir mənzilin inşasına 50 milyon rubl sərmayə qoyub.
Bundan başqa, istintaq orqanları bildirir ki, Yeqorovlar ailəsinin ilhaq olunmuş Krımda keçirdiyi istirahət, eləcə də sabiq qubernatorun həyat yoldaşına məxsus bağ evinin tikintisi və saxlanması xərcləri də həmin rüşvət verən tərəfindən qarşılanıb.
Maksim Yeqorova qarşı ifadə verən şəxs, “Qazprom Mejrreqionqaz Tambov” şirkətinin keçmiş baş direktoru Roman Stepanov olub. O, böyük miqdarda narkotik vasitənin saxlanılmasında ittiham olunur. İstintaqın qənaətinə görə, Yeqorova verilən rüşvətlər onun ümumi himayədarlığı və xidməti vəzifələrində laqeyd münasibəti qarşılığında ödənilib.
Musavat.com
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ