İnsanlara hürriyət, millətlərə istiqlal!

Küçədə görüntülənmişdilər - Münasibətlərini səssizcə bitirdilər

Britaniyalı aparıcı Sem Tomson və “Love Island” ulduzu Semi Elişi bir neçə həftə əvvəl küçədə səmimi şəkildə görüntülənsə də, münasibətlərini səssizcə bitiriblər.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Made in Chelsea” proqramının tanınmış siması Sem Tomson ilə realiti şou vasitəsilə məşhurlaşan Semi Elişinin qısa müddət davam edən münasibəti sona çatıb.

Cütlük bir müddət əvvəl küçədə görüntülənmiş və bu anlar mediada əks-səda doğurmuşdu. Lakin bu romantik münasibət uzun sürməyib.

“The Mirror” nəşrinin əldə etdiyi məlumata görə, Sem və Semi yollarını dostcasına ayırıblar. Semə yaxın mənbə bildirib ki, “Hər ikisi çox məşğul həyat tərzi sürür, bu səbəbdən münasibəti davam etdirmək mümkün olmayıb”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR