Onlayn ictimai-siyasi qəzet
Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Donald Trampa 2025-ci ildə Nobel Sülh Mükafatının ona verilməməsi səbəbindən narahat olmamağı tövsiyə edib.
Musavat.com xəbər verir ki, Lukaşenko bu fikri qlobal beynəlxalq vəziyyət və Belarus–ABŞ münasibətlərinin inkişafına həsr olunmuş iclasda səsləndirib.
“Donald Trampa Nobel mükafatının verilməməsini müəyyən mənada başa düşmək olar. Amma deyirlər ki, gələn il o, bu mükafatı mütləq alacaq. Mən şəxsən ona məsləhət görərdim ki, buna görə çox narahat olmasın. Çünki Nobel laureatlarının sırasında olan bəzi ‘azğınlar’ arasında yer almaq onun üçün o qədər də vacib deyil”, - deyə o bildirib.
Belarus lideri əlavə edib ki, ABŞ və onun prezidentinin beynəlxalq arenada gördüyü işlər daha çox dəyər kəsb edir:
“Dünyadakı insanlar və beynəlxalq ictimaiyyətin verdiyi qiymət Nobel komitəsinin siyasi qərarlarından daha vacibdir”.
Xatırladaq ki, 10 oktyabrda Nobel Komitəsi 2025-ci il Nobel Sülh Mükafatının Venesuela parlamentinin keçmiş müxalifət deputatı Mariya Korina Maçadoya təqdim ediləcəyini açıqlayıb.
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ