İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroda düyməni basanlar cərimələnəcək - AÇIQLAMA

Metro gündəlik olaraq bir çoxumuzun istifadə etdiyi nəqliyyat vasitəsidir. Metroda olan düyməni isə bəzən sərnişinlər sıxlıq səbəbindən, bəzən də qəsdən basırlar.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə Bakı metrosunda sərnişinlərdən birinin lüzumsuz səbəblə "sərnişin-maşinist" rabitəsindən istifadə etməsi ilə bağlı görüntülər paylaşılıb.

Sərnişin düyməni sıxaraq "bu düyməni basmağın cəriməsi nə qədərdir?" deyə soruşur.

Sual qarşısında nə deyəcəyini bilməyən maşinist "cəriməsi var" deyərək cavab verir.

Bəs düyməni boş yerə basmağın cəriməsi nə qədərdir?

Məsələ ilə bağlı Bakı Metropolitenindən Milli.Az-a bildirildi ki, bu kimi hallar yolverilməzdir. Maşinistin diqqətinin dağılması qəzaya səbəb ola bilər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsi ilə sərnişin bu addımına görə 200 manat məbləğində cərimə edilə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR