İnsanlara hürriyət, millətlərə istiqlal!

Moda dünyasının əfsanəsi Corco Armani 91 yaşında vəfat etdi

Dünyanın ən böyük moda ikonalarından biri Corco Armani 91 yaşında dünyasını dəyişib.

Musavat.com xarici mətbuata istinadən bildirir ki, onun vəfatı barədə xəbər bu gün rəsmi olaraq "Armani Group" tərəfindən təsdiqlənib.

Xatırladaq ki, Armani 11 iyul 1934-cü ildə İtaliyanın Piacenza şəhərində dünyaya gəlib. Əvvəlcə tibb sahəsində təhsil alsa da, sonradan modaya marağı üstün gəlib və Milanda moda mağazalarında işləyərək bu dünyaya qədəm qoyub. Onun estetik duyumu və geyimdə sadəliklə zərifliyi birləşdirmək istəyi zamanla yeni bir üslubun formalaşmasına səbəb oldu.

1975-ci ildə Armani öz moda evini qurdu. İlk kolleksiyalarında minimalist və eleqant üslubu ön plana çəkərək geyim sənayesində əsl inqilab etdi. Onun ən çox tanınan məhsulları arasında incə kəsimli kostyumlar var idi.

Armanini “Hollywood-un qırmızı xalça modasını yaradan ilk dizayner” adlandırır. Onun libasları “American Gigolo” filmində Richard Gere-in obrazını tamamlayaraq Hollivudda əbədi iz buraxıb.

Armani yalnız geyim dizaynı ilə kifayətlənmədi. Onun brendi zamanla aksesuarlar, ətirlər, kosmetika, ev dekoru, restoranlar və otelləri də əhatə edən nəhəng bir qlobal imperiyaya çevrildi.

Məlumata görə Armani Milandakı evində dünyasını dəyişib. Onun üçün xüsusi anım mərasimi təşkil olunacaq, dəfn isə ailəsinin istəyinə uyğun olaraq məxfilik şəraitində keçiriləcək.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR