Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İranın Hörmüzgan əyalətində təhlükəsizlik orqanları İsrailin xarici kəşfiyyat xidməti Mossada bağlı olduğu iddia edilən hücrələr tərəfindən istifadə olunan 7 ədəd Starlink peyk rabitə terminalını aşkarlayaraq ələ keçirib.
İran mənbələrinin məlumatına görə, hadisə İran ərazisində baş verən son raket və pilotsuz uçuş aparatları zərbələrindən sonra xüsusi diqqətə səbəb olub. Çünki həmin zərbələrin əvvəlində bəzi hərbi ekspertlər ehtimal etmişdilər ki, Mossad İrandakı hücrələri ilə məhz Starlink vasitəsilə ani rabitə əlaqəsi saxlayır. Son tapıntılar bu şübhələri təsdiqləmiş oldu.
İranın əks-kəşfiyyat strukturları bildirib ki:
• Starlink terminalları xüsusi əməliyyat nəticəsində aşkar edilərək müsadirə olunub.
• Bu cihazların Mossad tərəfindən İranda yerləşdirilmiş agent şəbəkələri üçün sürətli və izlənilməsi çətin rabitə təmin etdiyi müəyyən edilib.
• Hazırda məsələyə dair genişmiqyaslı istintaq tədbirləri aparılır, saxlanılan şəxslərin və aşkar edilən texnologiyanın dəqiq izləri izlənir.
Qeyd edək ki, İran rəsmiləri bu hadisəni ölkənin təhlükəsizliyinə qarşı ciddi təhdid kimi qiymətləndirərək, MOSSAD-ın İranın ali rəhbərliyini aradan qaldlrmaq, strateji obyektləri bombalamaq üçün çoxsaylı agentura şəbəkəsi yaratdığını iddia edirlər.
İranda İsrail cəsusları olduqları iddia edilən çoxsaylı yerli sakinin həbsləri davam edir.
Musavat.com
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ