İnsanlara hürriyət, millətlərə istiqlal!

Müğənni Rəqsanə evinin qaytarılmasını tələb edir: “Əlimdə sübutlar var…”

Müğənni Rəqsanə İsmayılova Daxili İşlər Nazirliyinə müraciət edərək ona məxsus evin geri qaytarılmasını tələb edib.

Musavat.com xəbər verir ki, sənətçi sosial media hesabı vasitəsilə DİN-ə səslənərək evinin və əşyalarının ona qaytarılmasını istəyib:

“İllərdir ki, Xəzər Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimovla bağlı DİN-ə müraciət edirəm. Evimin və əşyalarımın mənə geri qaytarılmasını tələb edirəm, lakin heç bir nəticə yoxdur. Yaxın günlərdə canlı yayım açaraq Əli İbrahimovla aramızda olan sübut və dəlilləri təqdim edəcəyəm”.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova daha əvvəl də bu cür müraciətlərlə çıxış etmiş və 2015-ci ildən Xəzər Rayon Polis İdarəsinin rəisi Əli İbrahimovla ev mübahisəsi yaşadığını bildirmişdi.

Daxili İşlər Nazirliyi isə məsələ ilə bağlı açıqlama yayaraq Rəqsanə İsmayılovanın iddialarının əsassız olduğunu bildirib:

“Tərəflər arasında 2015-ci ildə ev alqı-satqısı olub. Həmin evin satışı qanunauyğun olaraq notarial qaydada və bank köçürməsi yolu ilə həyata keçirilib. Sonradan qarşı tərəf ödənilmiş məbləği qaytarmadan evi geri tələb edib. Tərəflər arasındakı mübahisə məhkəmə qaydasında davam etdirilib. Məhkəmə iddiaçının tələbini təmin etməyib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, iddiaların hüquqi əsası yoxdur”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR