İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan Hindistana cavab zərbələri endirdi – Kəşmir artilleriya atəşinə tutuldu

 Pakistan ordusu Hindistanın Kəşmir bölgəsindəki mövqelərinə artilleriya atəşləri açıb.

Musavat.com xəbər verir ki, atışmalar gecə saatlarında başlayıb və hələ də davam edir.

Məlumata görə, Pakistan Silahlı Qüvvələri Hindistanın nəzarətində olan Kəşmir istiqamətində intensiv şəkildə artilleriya zərbələri endirir. Bununla yanaşı, Pakistan ordusu sərhədə yaxın ərazilərdə hərbi texnika cəmləşdirib.

Xüsusilə Barqi-roud şosesi istiqamətində tank kolonlarının hərəkətə keçdiyi bildirilir.

Qeyd olunur ki, bu ərazi Hindistanla sərhəddən cəmi 6 kilometr məsafədə yerləşir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

07 May 2025

BÜTÜN XƏBƏRLƏR