İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan qəsdən İrəvanda işıqları kəsir” - ŞOK İDDİA

Hökumət İrəvanda kütləvi işıq kəsintilərini qəsdən təşkil edib ki, bunun məsuliyyətini “Ermənistan Elektrik Şəbəkələri” (Elseti) şirkətinin üzərinə atsın.

Musavat.com xəbər verir ki, bu iddianın müəllifi Ermənistan parlamentində eyni adlı müxalifət blokundan olan deputat Geqam Manukyandır.

Erməni deputatın sözlərinə görə, hadisə maskalı və qırmızı beretli təhlükəsizlik qüvvələrinin Eçmiədzinə daxil olduğu gün baş verib. Onun fikrincə, bu qüvvələr siyasi təzyiq aləti kimi çıxış edir və həmin gün paytaxt İrəvanın təxminən 40%-i işıqsız qalıb.

Manukyan bildirib ki, elektrik kəsintisi dövlətə məxsus “Yüksək gərginlikli Elektrik Şəbəkələri” şirkəti tərəfindən həyata keçirilib. Məhz bu şirkət enerjini “Ermənistan Elektrik Şəbəkələri” şirkətinə ötürür.

Geqam Manukyana görə, hökumət bu yolla əhali arasında narazılıq yaradaraq onu özəl “Elseti” şirkətinə yönləndirmək istəyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2025

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR