İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşadan Ukrayna ilə bağlı sərt açıqlama – “Əsgər göndərmək planımız yoxdur”

Polşa Ukraynaya hərbi qüvvə göndərmək ehtimalını qəti şəkildə rədd edib.

Musavat.com xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamyş sosial şəbəkə platforması X-də paylaşım edib.

Nazir bildirib: “Polşa əsgərlərini Ukraynaya göndərmək planı yoxdur və olmayacaq. Biz NATO-nun şərq cinahının müdafiəsinə və hücuma məruz qalan qonşumuzun logistikasına görə birgə məsuliyyət daşıyırıq.”

Müdafiə nazirinin bu mövqeyi ölkənin xarici işlər naziri Radoslav Sikorski tərəfindən dəstəklənib və onun paylaşımı "Təsdiqləyirəm" sözləri ilə təkrar paylaşılıb.

Qeyd edək ki, bundan əvvəl "Fox News"-a müsahibəsində  Kit Kelloq sülh sazişi imzalanacağı təqdirdə Polşanın Ukraynada “dayanıqlıq qüvvələrinə” qoşula biləcəyini istisna etməmişdi. Lakin rəsmi Varşava bu ehtimalı inkar edərək öz mövqeyini aydın şəkildə ortaya qoyub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR