Onlayn ictimai-siyasi qəzet
CNN ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinin hədiyyə etdiyi portretini dərc edib.
Musavat.com xəbər verir ki, portreti Rusiyanın xalq rəssamı Nikas Safronov çəkib.
Portretdə Donald Tramp yumruğunu havaya qaldırmış və üzünə qan sıçramış halda Amerika bayrağı və Azadlıq heykəli fonunda təsvir edilib. Rəsm 13 iyul 2024-cü ildə Trampın Pensilvaniya ştatında seçki kampaniyasında çıxışı zamanı uğursuz sui-qəsd cəhdindən bəhs edir.
"Onun həyatına sui-qəsd zamanı qanını, yarasını və şücaətini göstərmək mənim üçün vacib idi. O, sınmadı və qorxmadı, əksinə, Amerika ilə bir olduğunu və layiq olduğunu geri verməyəcəyini göstərmək üçün əlini qaldırdı", - Nikas Safronov portreti CNN-ə şərh edib.
O, rəsmin Rusiya və ABŞ-ı yaxınlaşdıra biləcəyini nəzərə alaraq portret üçün pul almadığını deyib. Safronov həmçinin qeyd edib ki, Vladimir Putin daha sonra onunla əlaqə saxlayıb və o, rəssamın rəsmin iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün əhəmiyyəti ilə bağlı gümanını təsdiqləyib.
Vladimir Putin portreti martın 13-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffla görüşündə ona verib. Daha sonra Amerika liderinə təqdim edilib.
Musavat.com
13 May 2025
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ