İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qanuni oğru”ların Moskvada yığıncağı - Vaqif Bakinski kimdir?

Şakro Molodoyun qərar üçün dəvət etdiyi yeganə azərbaycanlı...

Rusiya kriminal aləmində son günlərin ən çox müzakirə edilən mövzusu Moskvada keçirilmiş “oğru yığıncağı”dır. Yada salaq ki, həmin toplantını Rusiyada “nömrə 1” “qanuni oğru” hesab edilən Gürcüstanda doğulmuş yezidi kürdü Zaxari Kalaşovun(Şakro Molodoy) təşəbbüsü ilə keçirilib.

Qeyd edək ki, “oğru yığıncağı”nda iştirak edən yeganə azərbaycanlı Vaqif Süleymanov( Vaqif Bakinski və Diplomat Vaqif kimi tanınır) iştirak edib. Bu o anlama gəlir ki, Rusiya kriminalı yeganə olaraq Vaqif Bakinskinin “legitimliyini” tanıyır. Vaqif Süleymanov uzun müddətdir Rusiyada, xüsusilə də Moskva vilayətində “Azərbaycan mafiyası”nın ən tanınmış və nüfuzlu liderlərindən biri hesab olunur.

Musavat.com Vaqif Bakinski haqda məlumatları təqdim edir.

Vaqif Mədət oğlu Süleymanov 1965-ci il avqustun 15-də Gürcüstanda anadan olub, uşaqlığı orada keçib. Rusiya mediası onun gah Tiflis, gah da Marneulidə dünyaya gəldiyini yazır. Vaqifin 7-8 yaşı olanda ailəsi Bakıya köçüb və xeyli müddət burada yaşayıb.

Vaqif Süleymanovun həyatının Bakı dövrü barədə çox az şey məlumdur. Təsdiq olunmayan məlumata görə, o, hələ cavan ikən həbsxanaya düşsə də, azadlığa çıxandan sonra Bakıya qayıdıb. Onun “tacqoyma mərasimində” Nardaranlı Mirseymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed, Qoca iştirak ediblər. Vaqif Bakinski Rusiyada cinayət yoluna digər oğrular - Asiya və ya Qafqazdan olan mühacirlər kimi başlayıb: Ded Xasanın (Aslan Usoyan) himayəsi altında. O, öldürüləndən sonra Vaqif Şakro Molodoyun (Zaxari Kalaşov) tərəfini tutub və onun himayəsinə keçib. Vaqif Bakinskinin həbsi və məhkumluğu, törətdiyi cinayətlərin sayı, çəkdiyi həbs müddətlərinin dəqiq siyahısı yoxdur.

2006-cı ildə Moskvada üzərinə baxış zamanı 33 qram həşiş aşkar edilərək saxlanılıb. Xakasiyada ümumi rejimli cəzaçəkmə müəssisəsində 3 il 6 ay dustaqlıq həyatı yaşayıb. 2013-cü ilin noyabrında yenidən saxlanılıb, boynuna daha ağır maddə qoyulub. Vaqif Bakinski 3 əlaltısı ilə moskvalı biznesmendən külli miqdarda pul alıb və həmin məbləği köçürərkən saxlanılıblar. Sahibkar pulun ondan zorla alındığını etiraf edib. Lakin Süleymanov dəmir barmaqlıqlar arxasında uzun müddət qalmayıb.

Hazırda Vaqif Süleymanov azadlıqdadır, şəffaf bizneslə məşğuldur və bu sahədə nüfuzlu şəxs sayılır. O, həm də 2016-cı ildə qətlə yetirilən Rövşən Caniyevlə (Lənkəranski) aralarında yaranmış məşhur münaqişəyə görə də tanınır. Həmin anlaşılmazlıq hələ Aslan Usoyanın sağlığında baş verib. Məlumata görə, 2010-cu ilin yazında Vaqif Bakinski Rövşən Lənkəranski arasında səbəbi bəlli olmayan münaqişə başlayıb. İddialara görə, həbsdə olan Vaqifin Lənkəranski ilə telefon söhbəti gərgin keçib, bir-birinə qarşı xoşagəlməz ifadələr işlədiblər. Söhbət o həddə çatıb ki, Canıyev onu vuracağını deyib. V.Süleymanov tezliklə həbsdən buraxılıb və onlar 2010-cu ilin avqustunda münasibətlərini aydınlaşdırmaq üçün “sxodka”ya toplaşıblar. Rövşən Lənkəranski tərəfdən söhbətə Cemal Mikeladze də (“Cemo” bir neçə il bundan əvvəl vəfat edib) qoşulub. Vaqif isə görüşə “Ded Xasan”ı təmsil edən Vasi Voskreslə gəlib. “Sxodka” məhz Cemo söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı qanuni oğruya iradına Vaqif adekvat cavab verib. Cemo Vaqifi vurmaq istəyərkən özü zərbə alıb. Bu “sxodka” Rusiyanın kriminal dairələrində dərhal ciddi müzakirə mövzusuna çevrilib. Deyilənlərə görə, nəticədə Lənkəranski və Cemo bu hərəkətə görə Vaqif Süleymanovdan üzr istəyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

15 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR